Islam oyunlarınin vitse-çempionu Rüstəm Orucovun müsahibəsi

Əgər bir gün yolunuz Bakıya düşsə,yollarda, dükanlarda,metroda,avtobus dayanacaqlarında yaxud başqa bir məkanda sadəcə Rüstəm Orucovun adını çəksəniz görəcəksiniz xalq cyudo üzrə reytinqdə bir nömrəli sportsmen və olimpyanın vitse-çempiyonu olan Rüstəm hakkında necə böyük hörmət ve sevgi ilə danışır.Gənc gürcü müxbir Nikoloz Gurini Rüstəm Orucovun müsahibəsini aldı.
Gurini:  Rüstəm bəy ilk növbədə sizi təbrik etmək istəyirəm Bakıda gedən 4cü islam oyunlarında qazandığınız uğurlar üçün!
-Ilk növbədə istəyərdim müsabiqənizi qiymətləndirəsiniz?!

Orujov:  -Mən öz müsabiqəmdən razı deyiləm, çünki travmalarim var və bu səbəbdən dolayı bacarığımı tam göstərə bilmədim!
-Bizim üçün məlumdur ki, bu müsabiqənin sizin üçün xüsusi yeri var idi və siz bu oyunlarin şərəfli səfiri idiniz, bundan əlavə isə nəzərə alsaq ki, sizin ölkədə keçirilirdi oyunlar ikiqat məhsuliyyətlik düşürdü sizə. Sizə nə qədər təsir etdi bütün bunlar?
-Bəli, həqiqətəndə xsusi oyunlar idi və bütün bunlar mənim çiyinlərimdə böyük yük idi!
-Finala gəldikdə isə, siz öz komanda üzvünüzdən görüşdünüz. İstəyərdik ki, finalı qiymətləndirəsiniz və Heydərovla olan görüşünüz hakkında da bir neçə sözlə danışasız?
-Bəli, finalda mən Heydərov ilə döyüşdüm. Özümü onun yanında hımişə yaxşı hiss edirəm və hər zaman hazır olmuşam onu udmağa ama bu sportdu və hərşey ola bilər, kiçik bir səhv hərşeyi dəyişə bilər!
-Gələcək planlarınız hakkında nə deyə bilərsiniz? Sosyal şəbəkələrdə böyük maraq var, çəkinizi dəyişmək istəyirsiniz?
Xeyir, bu yalandır. Yarışlara 73 kq çəki ilə dəvam edəcəm. Mən bunu bacarıram və gərəkli hiss etmirəm çəkimi dəyişməyi. Əgər bunu Heydərova görə deyirsinizsə, bilinki prinsipliyəm və ona sübut edərəm 73 kq çəkidə kimdir ən güclü.
-Yaxın gələcəkdə hansı müsabiqələrdə iştirak edəcəksiniz və necə hazırlaşırsınız dünya üçün ?
-Düşünürəm ki, dünya çempionluğuna qədər heç bir müsabiqədə iştirak etməyəcəm. Mənim məqsədim dünya çempionluğudur biz güclü hazırlıq edəcik və gələcəkdə Yaponyaya təlim-məşq toplantısıma getəcik!
-Dünya reytinqində nəyinki öz çəkinizdə, hətta başqa çəkilərdə də birinciliyi qoruyursunuz, bu böyük uğurdur. Cyudo aləmində sizi hərkəs bizim zəmanənin əfsanəsi kimi tanıyır və bunara nəzərən sizin reytinqiniz və sizə olan maraq gün keçdikcə dahada artır. Bunun sübutudur sizin şəxsi saytinizdə bir gündə olan 50 000 baxiş. Bu hakkda danişmanızı istəyirik, sizin üçün dəstək olmaq nədir və sizə əlavə güc, enerji və motivasya verirmi bunlar?
-Əfsanə olmaq üçün hələ çox çalışmalıyam.. Mən bütün dəstəkcilərimi çox sevirəm. Mənimlə danişmaq istədiklərində yaxud mənə cyudo ilə bağlı suallar verəndə həmişə çalışıram hərkəsə kömək edəm. Onlar mən sevirlər mən isə onları sevirəm. Zalda olduğum vaxtlarda, dəstək olmaq mənə hər zaman motivasya verir!
– Maraq mənbəyiniz nədir və boş zamanlarınızı necə dəyərləndirirsiniz, boş vatxlarınız kimə xərcləyirsiniz?
– Boş vaxtlarımı ayləmlə keçirməyi çox sevirəm, övladımla oynayıram. Ayləmlə bərabər təbiyyətdə gəzməyi sevirəm!
– Bildiyimiz qədəri ilə siz, Dövlətə xidmət üçün birinci yer mükafatı ilə təltif olunduz. Bu sizin üçün nə ifadə edir?
– Bu mənim üçün böyük çşərəfidir ki, bizim üçün əziz olan prezidentimiz mənim dovlətə olan xidmətimi bu qədər yüksək qiymətləndirdi. Bunun üçün çox sevinirəm
-Və son olaraq sizə öz dərin minnətdarlığımızı bildiririk ki, bu qədər yoğun qrafikiniz olduğu halda zaman ayırıb müsahibə verdiniz. İstəyərdik ki, sizin minlərlə olan dəstəkcilərinizə nəsə deyısiniz, axı onlar hər zaman sizin uğurlarınıza sevinib , sizinlə qürur duyurlar!
-Mən sizə təşəkkür edirəm ! Xoş idi sizinlə danışmaq və öz dəstəkcilərimə demək istəyirəm ki, onlari çox sevirəm! Yaxşıki varsınız!
Müallifdən:  Bakıda dünya üzrə bir nömrəli çempiyon ilə görüşmək şərəfinə nail oldum. Şəxsən izləyə bildim onun məşqlərini. Rüstəm Orucov yalnız sportsmenlər üçün deyil hətta hərkəs üçün nümunədir. Onun işinə olan fədakarlığı, sadiqliyi, peşəsinə olan sevgisi, sadəliyi, qonaqpərvərliyi və hörməti bir nümunədir ictimaiyyət üçün. Əgər bir gün yolunuz Bakıya düşsə,yollarda, dükanlarda,metroda,avtobus dayanacaqlarında yaxud başqa bir məkanda sadəcə Rüstəm Orucovun adını çəksəniz görəcəksiniz necə böyük hörmət ve sevgi ilə danışır xalq onun hakkında. Mənim üçün böyük şərəf oldu zəmanəmizin əfsanəsindən müsahibə almaq. Ona çoxlu müvəffəqiyyətlər arzu edirəm və inanıram ki, o uğurlu yollarda addımlamağı bacaracaq və bir çox dəfə təsdiqləyəcək ən yaxşı olduğunu.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s