“Mənə Azərbaycanı sevdirən azərbaycanlı” – Blogger William Collins

William Collins adlı bloqerin Rüstəm Orucov hakkında dərc edilən məqaləni dəyişmədən təqdim edirik:

“Hörmətli azərbaycanlılar, siz bunu bilməlisiniz! O sizi təmsil edən və bütün dünyada bayrağınızı dəfələrlə yüksəldən insandır, həmçinin sizi və  bütün ölkəni sevdirdi bizə.

Hazırda yeni il ərəfəsi olduğu üçün, keçmiş ili xatırlayırıq. Dünən düşündüm ki,görəsən keçən ildən mənə qalan ən gözəl xatirə nə oldu.   Bütün ilimi düşünüb, nəzərimdən keçirdim və bəli, bu odur!- Düsseldorfa, Almanyaya işgüzar səfər! Və niyə? Ona görə ki, orda mənim sevimli sport növüm olan Jüdo üzrə çempionat keçirilirdi.

Fevral ayının sıradan soyuq bir günü idi. Zala daxil olarkən çox sayda spotsmen gördüm və özüm özümə düşündüm ki, xəyallarım gərçəkləşdi,bəlkə sevdiyim sportsmenlərlə də tanış ola bilirəm. Həmin gün yarışa qatılmayanların hər biri, tribunlarda əyləşmiş öz qrup üzvlərini dəstəkləyirdilər. Onların arasında olan sportsmenlərdən biri nəzərimdən qaçmadı ( ad-soyadını xatırlaya bilmədim) və onu gördüyümə çox sevindim. Istədim ki, ona yaxınlaşıb, tanış olub, şəkil çəkdirim. Təbiki o  şəkilə görə yox demədi mənə ama elə narahat və yorulmuş üz ifadəsi ilə baxdı ki mənə, bütün həvəsim yox oldu.  əlbətdə bundan sonra mən ona heçnə demədim. Xəyal qırıqlığına uğramış özüm üçün sakitcə əyləşdim. Elə hiss etdim  sanki bütün arzularım puç olmuşdu. Düşündüm ki,yəqin belə olmalı idi, onu hər gün necə insanlar narahat edir,onun onsuz öz işləri olur və məndə niyə yorum. Fikirli oturduğum an, məndən bir neçə sıra aralıda əyləşmiş azərbaycanlı  sportsmenləri gördüm. Yaxınlaşıb, tanımaq istədim ama az əvvəl olan hadisəyi nəzərə alaraq, yerimdən durmaq istəmədim. Uzaqdan oturub onlara yaxınlaşıb şəkil çəkdirən və imzalarını alan gəncləri izlədim. Sportsmenlər isə gülər üzlə qarşılayırdılar onları. Onların  üzündəki təbəssüm mənə cəsarət verdi ki, yaxınlaşaydım.birinci sırada Rüstəm Orucov əyləşmişdi.Mən üzünə baxdığım an, onun üzünədə xoş təbəssüm gəldi. Utanaraq şəkil çəkdirmək istədiyimi dedim. Anında ayaq üstə qalxdı, telefonumu əlimdən alaraq öz dostuna uzatdı və şəkil çəkməyini istədi. Onunla belə xoş görüş məni çox sevindirdi.Onu gördüyüm üçün çox xoşbəxt olduğumu deyərək, müvəffəqiyyətlər dilədim. O sevindi və Gülümsədi.Üzünə baxdiqda necə yaxşı insan olduğunu bilmək çətin deyildi. Dəstəklədiyim üçün təşəkkür edib, Bakıya dəvət etdi məni. Bakı çox gözəl şəhərdi və mütlək görməlisən dedi. Sonra isə mənə öz gələcək planları hakkında danışdı. Minnətdar olduğunu vurğulayaraq, ölkədə sportsmenlər üçün əlverişli şıraitin olduğunu dedi və onuda vurğuladı ki, çox çalışır ümidlərə hakk qazandırsın. Çox narahat etmək istəmirdim ama fikir verirdim ki, onun özünədə xoş gəlirdi dəstəkçiləri ilə söhbət etmək. Bu sanki  ilk baxışda heçnə  ama əslində böyük birşey idi. İnsan hır zaman hiss etdirir necə ürəknən danışır öz sözünü.  Mən onda böyük səmimiyyət və gözəl insanlıq gördüm. O an mənim qarşımda tək bir sportsmen deyil, hətta qonaqpərvərlik və mədəniyyətini tanıtan  bütün Azərbaycan dururdu. Mən Bakıya mütlək gedəcəm. Bu böyük ölkənin tarixi ilə tanış olacam və hər zaman bu oğlanın pərəstikarı olacam. Mənə Azərbaycanı sevdirən hımin o oğlanın.  Hörmətli azərbaycanlılar, siz bunu bilməlisiniz! Sizin ölkənizə qulluq edib, hamınızın qayğınıza qalan bir sportsmeniniz var. Ölkəsi ilə fəxr edən sportsmeniniz var.

Böyük sevgilərlə Rüstəmi və onun pərəsteşkarlarını salamlayıram! Yeni ilinizi təbrik edib, uğurlar arzulayiram sportsmeninizə!”

Hörmətlə  Londondan William

Xaiş olunur yazını paylaşaq!

 

,,Məktublar” şöbəsində nəşr olunmuş məqalələr müəlliflərinə aiddir. Sayt idarəsi faktların düzgünlüyünə görə məsuliyyət daşımır.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s